Salon Favorite Keratin Treatment 200мл*2

 

Saçlar 88% qatılaşdırılmış zülal – keratindən ibarətdir. Rəngləyicilər və staylinq vasitələri, eləcə də günəş şüaları, xlorlu və dəniz suyu saçlara dağıdıcı təsir bağışlayır. Saçlar tutqun, quru, məsaməli, kövrək olur və tökülməyə məruz qalır. Düzləşdirici Keratinli Bərpaolunma bu sadalanan Bütün problemləri həll edir.

 

DS Max Keratin Treatment (Düzləşdirici Keratinli Bərpaolunma) xüsusi tərkibli DS Max Keratin Treatment Reconstructor (Düzləndirici Keratinli Yenidən Qurulma) köməyi ilə saçların salonlu bərpaolunması, qidalanması və bərpaolunması prosedurasıdır.

DS Max Keratin Treatment — boyanmış, melirə olunmuş, kimyəvi zavivka, permanent düzlənmə yaxud rəngi açılmış saçların innovasiyalı üsulla korreksiya olunması deməkdir. Proseduradan sonra saçlar hüceyrə səviyyəsində “yenidən qurulur”, 100% hamarlaşır və nir neçə aydan sonra da ideal hamar, düz və itaətli olurlar. Onlar yenidən sağlamlıq, güc qazanırlar və təkrarolunmaz parıltı əldə edirlər.

2. Proseduranın texnologiyası DS Max Keratin Treatment (Düzləşdirici Keratinli Bərpaolunma) prosedurası üçün tələb olunur: 1) DS MaxPurifying Shampoо Təmizləyici şampun 300 ml 2) DS Max Keratin Treatment Reconstructor 300 ml 3) Ütü (10san. - 240⁰S, titan lövhəciklər 24 mm) 1.№1 dərin təmizləyici şampunla saçlarınızı 2 dəfə yuyun. Əgər saçlar boyasız, təbiidirsə, onda 3-4 dəfə yuyun. 2.Saçlarınızı yuduqdan sonra fenlə 100% qurudun. 3.Saçlarınızı dörd hissəyə ayırın və bütün uzunluğuna qədər eyni bərabərlikdə 1 -2 sm kökündən aralı olmaq şərti il DS Max Keratin Reconstructor çəkin. Tərkibi qənaətlə sərf edin, hər telə çəkin və artıq qalan məhsulu daraqla çıxarın. 4.30 — 40 dəqiqə ərzində keratin saçların strukturuna dərindən nüfuz edərək onları içəridən bərpa edir və yenidən qurur. Bu müddət ərzində tərkib saçlara tam (saçların durumundan asılı olaraq) hopdurulmalıdır, əgər tərkib pis yaxud lazımı miqdardan xeyli istifadə olunmuşdursa, onda artıq kütləni ehmallıca daraqla darayıb çıxarın. 5.Saçları 100% orta temperaturda fenlə (isti fenlə) qurudun. 6.Hər bir teli staylerlə (ütü) 6-8 dəfə 230 S⁰-240 S⁰ temperaturunda düzləşdirin. 7.3 gün ərzində saçlarınıza sancaq taxmayın. 8.72 saatdan sonra saçlarınızı sulfatsiz şampunla (Salon Favorite №3) yuyun və (Salon Favorite №4) kondisionerdən istifadə edin. DS Max Canada ekspertləri əla nəticənin əldə edilməsinə zəmanət verirlər, bir şərtlə ki siz təlimata düzgün əməl etməli və ancaq xarici vasitələrdən istifadə etməlisiniz.

Ehtiyat tədbiri.

DS Max Keratin Treatment məhsulunu havası yaxşı dəyişdirilmiş yerdə istifadə etmək lazımdır. Saçlara çəkilən zaman maska və əlcəklərdən istifadə edin. Məhsul müstəsnalıqla səthi tətbiq üçün nəzərdə tutulur. Gözlərə düşən zaman dərhal su ilə yumaq və tibbi yardıma müraciət etmək lazımdır. Uşaqların əli çatmayan yerlərdə saxlayın. Hamilə və süd verən qadınlar bu məhsulla təmasda olmamalıdır.